Azərbaycan karateçiləri Karate1 Gənclər liqasını 4 medalla başa vurublar

18:29 02.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aşağı yaşlı karateçilərimiz Kiprin Limassol şəhərində keçirilən Karate1 Gənclər Liqasını 4 medalla başa vurublar.

Azərbaycan Milli Karate Federasiyasından hafta.az-a bildiriblər ki, mükafatların ikisi qızıl, ikisi isə gümüş medallardır. Qızıl medalları komandamızın aktivinə Salman Salmanov və Vüsal Qənbərov (hər ikisi U-14) yazdırıblar. Rəşid Süleymanov (70 kq) və Rahib Əzim (+70 kq) isə 14-15 yaşlı yeniyetmələrin yarışında ikinci yerə sahib olublar.

Turnirdə 51 ölkədən 1612 karateçi iştirak edib.