Azərbaycan millisi təlim-məşq toplanışını qələbə ilə başa vurub

14:55 17.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Hafta.az xəbər verir ki, “Sabah”ın U-19 komandası ilə qarşılaşan millimiz 1:0 hesablı qələbə qazanıb. U-17-nin heyətində Davud Mənsumov fərqlənib.

Qeyd edək ki, millimiz daha öncə keçirdiyi oyunda "Şamaxı"nın U-19 komandasını 2:1 hesabı ilə məğlub etmişdi.