Azərbaycan nefti bahalaşıb

11:35 04.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən həftə ərzində (28 avqust – 1 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 91 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,618 dollar və ya 2,96% çoxdur.

Hafta.az-ın məlumatına görə, həftə ərzində ən yüksək göstərici (V gün) – 93,5 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 89,21 dollar səviyyəsində olub.