Azərbaycan nefti ucuzlaşıb

10:24 31.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

 

Hafta.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.71 ABŞ dolları və ya 3.4 % azalaraq, 76.27 ABŞ dolları təşkil edib.

 

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

Oxunma sayı 124