Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb

10:40 23.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.81 dollar və ya 0.80% azalaraq 99.97 ABŞ dolları təşkil edib.

 Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti sentyabrın 15-də 2023-cü ildə ilk dəfə 100 dolları ötüb və 100,53 dollara bərabər olub.