Azərbaycan - Slovakiya oyununun hakimləri açıqlanıb

14:53 07.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Slovakiya yığmaları arasında Bakı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunu üçün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşmanı Litvadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Donatas Rumsasa Aleksandr Radius və Dovidas Sujidelis laynsmanlar qismində köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını Robertas Valikonis yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da oynanılacaq görüş saat 20:00-da başlayacaq.