Azərbaycan və İordaniyanın XİN başçıları İstanbulda görüş keçiriblər

17:10 21.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində İordaniya Baş nazirinin müavini, xarici işlər naziri Ayman əs-Səfadi ilə görüşüb.

Hafta.az-ın yazdığına görə, görüşdə Azərbaycanla İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Yaxın Şərq bölgəsində regional vəziyyət, İsrail-İran qarşıdurması müzakirə olunub.

Azərbaycanla İordaniya arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin daha da artırılmasının vacibliyi vurğulanıb. Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının yaxın zamanlarda təşkilinə hazırlıq məsələləri nəzərdən keçirilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.