Azərbaycan və Özbəkistan XİN başçıları telefonla danışıblar

15:17 16.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

16 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, telefon danışığı zamanı, İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyəti, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.