Azərbaycan XİN ABŞ səfirliyinə cavab verib

21:00 23.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Özünü söz azadlığının müdafiəçisi kimi göstərən ABŞ-nin media azadlığına dözümsüzlüyü heyrət doğurur.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X” səhifəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin paylaşımına cavabında bildirib.

“Bir sözlə, bütün bunları və ABŞ-nin Bakıdakı səfirliyinin əvvəlki təxribat xarakterli şərhlərini nəzərə alsaq, özünü söz azadlığının müdafiəçisi kimi göstərən ABŞ-nin media azadlığına dözümsüzlüyü heyrət doğurur.

Görünən odur ki, ABŞ-nin indiki administrasiyası xəyali və mifik iddialar üzərində dayanaraq, xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək üçün əlindən gələni edir”, - deyə o bildirib.