Azərbaycana qanunsuz yolla gətirilən kosmetik vasitələr aşkarlandı - FOTO

13:51 26.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön hissəsində sərnişinlər üçün nəzərdə tutulan oturacaqların altındakı boşluqda, ehtiyat hissələrin altında qara polietilen paketə bükülən 2 ədəd karton qutuda və 3 ədəd paketdə 17 adda, ümumilikdə 243 ədəd kosmetik vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.