Azərbaycanda 169 nəfər koronavirusa yoluxub, 151 nəfər sağalıb, 3 nəfər vəfat edib

17:14 23.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 993 nəfər müalicə olunaraq sağalıb, 518 nəfər vəfat edib, aktiv xəstə sayı 1 763 nəfərdir.

Sosial rubrikasından digər xəbərlər