Azərbaycanda 70-ə yaxın çay təhlükəlidir

11:50 01.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 150-dən çox sel olan çay qeydə alınıb ki, bunların da 67-si daha təhlükəli sayılır.

 Hafta.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.

Onun sözlərinə görə, təhlükəli çayların 16-sı (Balakənçay, Katexçay, Talaçay, Muxaxçay, Qapıçay, Kürmükçay, Daşağılçay, Kişçay, Şinçay, Əlicançay, Türyünçay, Tikanılıçay, Ağçay, Bumçay, Dəmiraparançay, Həmzəliçay), 4-ü (Göyçay, Girdimançay, Ağsuçay, Pirsaat) Dağlıq Şirvanda, 12-si (Qusarçay, Quruçay, Qudyalçay, Ağçay, Qaraçay, Çaqaçuqçay, Vəlvələçay, Şabrançay, Dəvəçiçay, Gilgilçay, Ataçay, Tuğçay) Quba-Xaçmazda yerləşir.

Sel təhlükəsi çox olan çayların 12-si Naxçıvan Muxtar Respublikasının, 6-sı Gəncə-Qazax, 4-ü Laçın-Kəlbəcər, 6-sı Yuxarı Qarabağ, 5-i Lənkəran-Astara bölgəsinin, 2-si Abşeronun payına düşür.