Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

17:51 18.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 076 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 302 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 915 954, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 908 805, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 007 149 təşkil edir.