Azərbaycanda oktyabrın ortalarından yoluxma sayında 10 dəfəyə qədər artım olub - ÜST

11:42 16.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda oktyabr ayının ortalarından sonra yoluxma sayında 10 dəfəyə qədər artım olub.

Hafta.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, bütün dünyada yoluxma sayı sürətlə artır:

“Son 10 gündə yoluxma sayının gün ərzində 2000-3000 olmaqla, sabitləşdiyini görürük. Bu, yaxşı bir xəbərdir. Karantin tədbirləri insanları qorumaya yönəlib. Əlimizdə dərman və vaksin yoxdur. Bütün dünyada karantin tədbirlərinin faydasını görürük. Bunu müşahidə edirik ki, karantin tədbirləri nə qədər çox tətbiq edilərsə, yoluxma sayı azalır. Adətən, karantindən 1 həftə keçdikdən sonra yoluxma sayındakı azalmanı gördük. Azərbaycanda da bunu müşahidə edirik”.