Azərbaycanda vaksin olunanların sayı 487 mini keçib

13:20 23.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 22-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20,121 nəfər vaksinasiya olunub.

Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 487,561 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.