Azərbaycandan Kərkükdəki Füzuli adına məktəbin şagirdlərinə məktəbli ləvazimatı göndərilib

14:00 03.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın İraqdakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar İraqın Kərkük şəhərində yerləşən Füzuli adına orta məktəbin şagirdlərinə 120 ədəd məktəb çantası və müvafiq dərs ləvazimatlarından ibarət yardım təqdim edilib.
Hafta.az-ın yazdığına görə, İraq və Azərbaycan bayraqları, eləcə də hər iki bayrağın əks olunduğu xüsusi döş nişanları ilə birlikdə müəllif Bəhram Bağırzadənin imzası ilə uşaqlar üçün “Şuşa” kitabı da çantalara əlavə edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən AIDA 2011-ci ildə təsis edilib və əsas məqsədi ölkəmizin beynəlxalq inkişafa yardım fəaliyyətini əlaqələndirmək və həyata keçirməkdir.
Təqdimetmə mərasimində İraq Türkmən Cəbhəsinin başqanı Hasan Turan və digər türkmən ziyalılar da iştirak ediblər.
Oxunma sayı 1841