Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

19:58 20.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Gözəl Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım partiyası - ümumi dəyəri 360 min ABŞ dollar olan 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir”.

Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial mediada paylaşıb.

Səfir yardıma görə Azərbaycana minnətdarlıq edib.