Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tam dayandırıb

23:34 29.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Biz səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”.

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb: “Amma tam dayanıb. Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının qorunması ilə bağlı səfirlikdə qalacaq, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər".

Oxunma sayı 139
Siyasət rubrikasından digər xəbərlər