Azərbaycanın U-19 komandası maltalı həmyaşıdlarına məğlub olub

20:12 09.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün Malta yığması ilə qarşılaşıb.

Hafta.az xəbər verir ki, Şimali İrlandiyada keçirilmiş oyun 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin qolunu qarşılaşmanın 1-ci dəqiqəsində Pərvin Səfərəliyeva vurub.

Komandamız qrupda sonuncu oyununu aprelin 12-də meydan sahibi Şimali İrlandiya yığmasına qarşı keçirəcək.