Azərbaycanın U-21 komandası norveçli həmyaşıdlarına məğlub olub

23:23 14.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Hafta.az xəbər verir ki, səfərdə keçirilən Norveç - Azərbaycan qarşılaşması 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin heyətində 65-ci dəqiqədə İldar Ələkpərov fərqlənib.

Yığmamız qrup mərhələsini 7 xalla beşinci pillədə başa vurub. Turnir cədvəlinə 24 xalla Norveç millisi başçılıq edir.