Azərbaycanla Pakistanı qardaşlıq əlaqələri bağlayır - Səfir

12:10 23.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Pakistanı təkcə iqtisadi və siyasi əlaqələr deyil, həm də qardaşlıq əlaqələri bağlayır.

Hafta.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi bildirib.

"Uzun illər Azərbaycan və Pakistan beynəlxalq platformalarda çiyin-çiyinə olub. Biz Qarabağdan tutmuş Kəşmir probleminə qədər çətin məsələlərdə bir-birimizi dəstəkləmişik. Və əminliklə bəyan edirəm ki, bundan sonra da bir-birimizi dəstəkləyəcəyik", - səfir bildirib.

O qeyd edib ki, 23 mart Pakistan xalqı üçün mühüm tarixdir.

“23 mart ölkəmiz üçün əlamətdar bir tarixdir, Pakistan dövlətinin yarandığı gündür”, - B.Hayi əlavə edib.

Oxunma sayı 90
Siyasət rubrikasından digər xəbərlər