Bakı-Qazax avtomagistralında suyun çəkilməsi işi yekunlaşıb

11:31 16.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məlumat verildiyi kimi, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonundan keçən hissəsində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə baş vermiş subasmanın aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi təmin olunub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, belə ki, FHN-in qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi ötən gecə saatlarında sona çatdırılıb.