Bakı Qran Prisi ilə bağlı tikinti və quraşdırma işlərinin 85 faizi başa çatıb

11:40 30.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı tikinti və quraşdırma işlərinin 85 faizi başa çatıb.

Trend-in məlumatına görə, bunu açıqlamasında Bakı Şəhər Halqası əməliyyat şirkətinin yarış obyektlərinin tikintisi üzrə rəhbər Tom Buçer deyib.

O qeyd edib ki, mühafizə hasarlarının və bloklarının quraşdırılması 8 gün ərzində tamamlanacaq və trek 6 iyun gecə saatlarından 7 iyun səhər saatlarına qədər bağlanacaq.

T.Buçer əlavə edib ki, Bakı treki 7 iyunda yarışa hazır vəziyyətə gətiriləcək: "Bundan sonra Beynəlxalq Avtomobil Federasiyası trekə baxış keçirəcək. Əgər ehtiyac olarsa, düzəlişlər ediləcək".

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.