Bakıda 38 dərəcə isti var - Faktiki hava

11:17 02.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində əsasən yağmursuz hava şəraiti davam edib.

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 38, Naxçıvan MR-da isə 40 dərəcəyədək isti qeydə alınıb.