Bakıda 8-ci sinif şagirdi itkin düşüb - FOTO

12:14 30.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yeniyetmə itkin düşüb.

Hafta.az xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini 2005-ci il təvəllüdlü Əliyev Murad Məhərrəm oğlu yoxa çıxıb.

Yaxınlarının verdiyi məlumata görə, yeniyetmə ötən gün saat 16 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Onlar M. Əliyevin itkin düşməsi barədə polisə də məlumat verdiklərini bildiriblər.

Qeyd edək ki, Murad Əliyev 310 saylı orta məktəbin şagirdidir, o hazırda 8-ci sinifdə oxuyur.