Bakıda 80 yaşlı qadın evində öldü

13:20 24.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 80 yaşlı qadın evində ölü tapılıb.

Hafta.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Yeni Yasamal 2, ev 1, mənzil 50-də qeydə alınıb.

Həmin ünvanda yaşayan Rusiya vətəndaşı, 1940-cı il təvəllüdlü Kafi Abdulcabarova mənzilində ölüb.

Araşdırmalar zamanı onun onkoloji xəstəlikdən öldüyü məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.