Yazını böyüt
Yazını kiçilt
Bu gün Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının 23-cü iclası keçirilir.
Hafta.az-ın məlumatına görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti Səbinə Əliyevanın təşəbbüsü ilə baş tutan tədbirdə Yaponiya, İndoneziya, İran Ombudsmanı, insan hüquqları qurumlarının rəhbərləri və Türkiyə Baş Ombudsmanı, Pakistan Federal Ombudsmanı iştirak edir.
Tədbirdə təşkilata üzv ölkələrinin ombudsmanları arasında insan hüquqlarının səmərəli müdafiəsi ilə bağlı əməkdaşlığın gücləndirilməsi, təşkilata üzv olan ombudsman təsisatları arasında təcrübə mübadiləsinin aparılmasına dair fikir mübadiləsi aparılır.