Bakıda ev yanıb

10:52 03.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.