Yazını böyüt
Yazını kiçilt
Bakıda naməlum kişi meyiti tapılıb.
Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Yol kənarında 60-65 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Meyitin müayinəsi zamanı dünyasını dəyişən şəxsin avtomobillə vurulduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.