Bakıda mühafizəçi villada bıçaqlandı

10:30 07.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mühafizəçi iş yerində bıçaqlanıb.

Hadisə mayın 6-dan 7-nə keçən gecə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində baş verib. Kürdəmir rayonunda anadan olan, 1980-ci il təvəllüdlü Qasımov Elbrus Qasım oğlu Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsində mühafizəçi işlədiyi 4 mərtəbəli həyət evində bıçaqlanıb.

Yaralı qarın boşluğuna nüfuz edən xəsarətlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.