Bakıda uşaq ölü doğuldu

12:54 25.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda uşaq ölü doğulub.

Hafta.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, hadisə ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

37 həftəlik hamilə G.Davudova qəsəbədə yerləşən 4 saylı Doğum Evinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun bətnindəki döl ölü doğulub.

Meyit daxili müayinə üçün ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.