Bakıda və Qəbələdə heç-heçə

20:31 03.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.

Hafta.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Qəbələ" öz meydanında "Keşlə" ilə qarşılaşıb və bərabərə qalıb - 1:1.

Digər oyunda isə "Zirə" "Neftçi"nin qonağı olub. Bu görüş də eyni hesabla başa çatıb. Oyunun sonları isə dramatik məcrada keçib. "Zirə" matçın 88-ci dəqiqəsində hesabı açıb. Meydan sahibləri isə 90+5-də penaltidən bərabərlik qolunu vurub.

3 aprel

Azərbaycan Premyer Liqası, 21-ci tur 

“Neftçi” – “Zirə” - 1:1 
Qollar: Ahmed Ayzaya, 88 (0:1), Tiaqo Bezerra, 90+5 -pen.(1:1)

Qırmızı vərəqələr: Coşqun Diniyev, 60 ("Zirə", ikinci sarı vərəqə), Eddi Esrafilov, 77 ("Neftçi", ikinci sarı vərəqə)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
“Bakcell Arena”

“Qəbələ” – “Keşlə” - 1:1
Qollar: Merab Qiqauri, 32 (0:1),  Omar Hani, 47 (1:1)

Qırmızı vərəqə: Tərlan Quliyev, 51 ("Keşlə")
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu