Bakıdan ukraynalı uşaqlara YARDIM

17:05 05.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Avqust ayında isti geyimlər, ayaqqabılar və məktəb ləvazimatları toplamışıq. Onlar Sumıda yerləşən Uşaqların Sosial-Psixoloji Reabilitasiyası Mərkəzinə göndəriləcək".

Hafta.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “Facebook” hesabında bildirib.

Səfir eyni zamanda toplanan əşyaların tezliklə Ukraynaya göndəriləcəyini də qeyd edib:

“Toplanılanlardan həm də Baxmut, Pokrovsk, Mirqorod, Xerson və Sumı regionlarında Rusiyanın təcavüzünə görə yaşadığı yerləri tərk etmiş ailələrin uşaqlarına da pay çatacaq”.