Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri

21:17 22.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 25-də Bakı-Ağstafa, noyabrın 26-da isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

Bu barədə hafta.az ADY-yə istinadən xəbər verir.

Məlumata görə, eyni zamanda, sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur.

Biletləri Bakı və Gəncə dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.