Baş Prokurorluq növbəti sual-cavab sessiyası keçirəcək

11:24 26.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokurorluğun sosial şəbəkədə növbəti sual-cavab sessiyasının vaxtı məlum olub.

Qurumun Mətbuat xidmətindən hafta.az-a verilən məlumatda bildirilir ki, avqustun 21-də Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində ilk dəfə sual-cavab sessiyası keçirilib:

"İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də, saat 09:00-dan 13:00-dək keçiriləcək.

Hәr bir kәs prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr".

Sosial rubrikasından digər xəbərlər