Bayram günü zəhərlənmə şübhəsi ilə müraciət edənlərin sayı açıqlanıb

15:47 03.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bayram günü (31.12.2024-cü il tarixdə) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub.

Bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edilib ki, müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 6-si dəm qazı, 2-si allergik reaksiya, 1 nəfər isə botilizmlə zəhərlənib.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.