Benzema rekordu yenilədi

10:53 07.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Real" (Madrid) hücumçusu Kərim Benzema karyerasında ilk dəfə bir mövsümdə 40-dan çox qol vurub.

Hafta.az Trend-ə istinadən xəbər verir ki, ötən gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Çelsi" - "Real" qarşılaşmasında K.Benzema het-trik edib. Oyun kral klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ötən gün vurduğu üç qolla K.Benzema cari mövsümdə vurduğu qolların sayını 42-yə çatdırıb. Fransalı hücuçu "Real"ın heyətində 47 qol, Fransa yığması heyətində isə 5 qol vurub.