Beyləqanda "Aşura" mərasimi keçirməyə cəhd ediblər

15:48 30.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqanda "Aşura" mərasimini keçirməyə cəhd edənlər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları  xidmət aparan zaman Beyləqan şəhəri ərazisində yerləşən H. Abdullyevə məxsus evdə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və ev yiyəsi ilə birlikdə orada olan 12 nəfər Polis Şöbəsinə gətirilib. Karantin qaydalarını pozan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Sosial rubrikasından digər xəbərlər