Biləsuvarda ağır qəza: ölən və yaralananlar var

21:00 24.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Hafta.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.