Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra ölkələrə yeni səfirlər təyin edib.
Hafta.az bildirir ki, ölkə başçısı bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama görə, Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Qətər Dövlətində, Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Çex Respublikasında, Ramil Əbil oğlu Rzayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfirləri təyin ediliblər.