Bolqarıstan XİN: Azərbaycanın Tehrandakı səfirliyinə hücum tamamilə qəbuledilməzdir

18:10 28.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı hücum tamamilə qəbuledilməzdir və kəskin şəkildə pislənilir.

Hafta.az xəbər verir ki, bununla bağlı Bolqarıstan Xarici İşlər Nazirliyi “Tüitter”də paylaşım edib.

“Azərbaycana səmimi başsağlığı veririk. Zərər çəkmiş hər kəsin tezliklə sağalmasını arzulayaraq xatırladırıq ki, müvafiq konvensiyalar üzrə öhdəliklər qorunmalıdır”, paylaşımda deyilir.

Oxunma sayı 83
Siyasət rubrikasından digər xəbərlər