Boynunda ilanla gəzdi, 1500 dollar cərimələndi

09:15 19.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstraliya hökuməti Morelia Spilota növündən olan ilanını boynunda gəzdirdiyinə görə bir nəfəri 1500 dollar cərimələyib.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, Hiqor Fayuzanın Avstraliyanın məşhur Qızıl Sahil bölgəsində sörfinq etdiyini əks etdirən videoçarx geniş reaksiyalara səbəb olub.

Səlahiyyətlilər Fayuzanı qeyri-qanuni yollarla Morelia Spilota növlündən olan ilan əldə etdiyinə görə 2322 Avstraliya dolları məbləğində cərimələyib. Bu ilan növünün ictimai yerlərə aparılmasının qadağan edildiyi vurğulanıb.

Məsələ ilə bağlı verdiyi açıqlamada Kvinslend Ətraf Mühit Departamenti ilanı ictimai yerə aparmaq üçün sahibinin bu məqsədlə icazə almasını tələb etdiyini bildirib.

Sözügedən ilan zəhərli olmasa da, ovunu boğaraq öldürə bilər. Bu sürünənlər əsasən quşlar, kərtənkələlər və kiçik məməlilərlə qidalanır.