Britaniya Parlamentinin qarşısında Ermənistanın ekoloji terroruna qarşı aksiya keçirilib

20:36 21.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Britaniya Parlamentinin qarşısında Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi ekoloji terrora qarşı aksiya keçirilib.

Azərbaycan Diaspor Təşkilatlarının Koordinasiya Şurası tərəfindən təşkil olunan aksiyada diaspora üzvləri, Britaniya universitlərində təhsil alan azərbaycanlı tələbələr, türk diasporunun üzvləri və ingilislər iştirak ediblər.

Aksiya iştirakçıları “Ermənistanın Azərbaycandakı ekoloji terroruna son qoyun!”, “Ermənistanın Qafqazda ətraf mühiti məhv etməsinə son qoyun”, “Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyun” yazılan plakatlar tutublar.

Aksiya iştirakçıları həmçinin Ermənistanın yerləşdirdiyi minaların mülki şəxslərə qarşı yönəldiyinə də diqqət çəkiblər.

Siyasət rubrikasından digər xəbərlər