Bu avtobusun yolu dəyişdirilir

16:48 31.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Aprelin 2-də saat 08:00-dan 22:00-dək Binəqədi rayonu, Baksol yolunda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq”.

Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Rəsmi məlumata görə, buna səbəb ərazidə aparılacaq təmir işləridir:

“Nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, 71 nömrəli marşrutun hərəkət sxemi dəyişdiriləcək. İki istiqamətdə - “Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissəyə qədər) və Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissədən)  - “Koroğlu” metro stansiyası istiqamətində fəaliyyəti təşkil ediləcək”, - rəsmi məlumatda bildirilib.