Bu dərmanı içməyin, ürək-damar risklərini artırır

09:05 12.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kolumbiya Universiteti tərəfindən aparılan araşdırmada vurğulanıb ki, klinisyenlər xüsusilə yaşlı xəstələrdə “preqabalin” təyin etməzdən əvvəl ürək-damar risklərini diqqətlə qiymətləndirməlidirlər.

Hafta.az-ın yazdığına görə, xroniki ağrı 65 yaşdan yuxarı böyüklərin təxminən 30 faizinə təsir edir və “preqabalin” bu ağrıları azaltmaq üçün sinir sistemi vasitəsilə ötürülən ağrı siqnallarını bloklayaraq işləyir. Ancaq onsuz da halüsinasiyalar, sidikdə qan, çəki artımı kimi müxtəlif yan təsirləri olan dərman indi ürək sağlamlığına təsirini ciddi şəkildə şübhə altına alır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, nadir hallarda olsa da, “preqabalin” anafilaksi adlanan və təcili tibbi yardım tələb edən ciddi allergik reaksiyalara səbəb ola bilər.

Tədqiqat dörd il ərzində 65-89 yaş arası 246237 xəstənin məlumatlarını təhlil edib. Bu xəstələrin hamısında ən azı 12 həftə davam edən xroniki, xərçənglə əlaqəli olmayan ağrılar vardı və heç birinə ürək çatışmazlığı diaqnozu qoyulmamışdı. Bu müddət ərzində 1470 xəstə ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib. Məlumatlara görə, “preqabalin” qəbul edən hər 1000 nəfərə ildə təxminən 6 əlavə ürək çatışmazlığı halı qeydə alınıb. Tədqiqatçılar yaş, cins və digər sağlamlıq faktorlarını nəzərə alan təhlillərində “preqabalin” qəbul edən xəstələrdə ürək çatışmazlığının inkişaf riskinin bir yarım dəfə artdığını aşkar ediblər.