Bu gün 10 rayonda su kəsiləcək

11:50 25.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan,  Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə hafta.az-a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib. 

Sosial rubrikasından digər xəbərlər