Bu gün Binəqədidə su olmayacaq

09:54 10.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Binəqədi qəsəbəsi 1-ci, 2-ci və 3-ü mədən ərazilərində su olmayacaq.

Bu barədə hafta.az-a “Azərsu” ASC-dən məlumat verilib.

"Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə nasos stansiyasında aparılan yenidənqurma işləri əlaqədar 10 oktyabr 2022-ci il tarixində gün ərzində Binəqədi qəsəbəsi 1-ci, 2-ci və 3-ü mədən ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir", - deyə məlumatda qeyd olunub.