Yazını böyüt
Yazını kiçilt
Bu il Bakıda və regionlarda 63 əmək yarmarkası təşkil edilib. 11 mindən çox vakansiyanın təqdim olunduğu yarmarkaya 550 işəgötürən və 9 min 833 işaxtaran cəlb olunub.
Hafta.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun verdiyi məlumata görə, il ərzində keçirilən 49 dəyirmi masada 535, 123 görüşdə isə 713 işəgötürən iştirak edib.