Bu il özünüməşğulluq proqramına 1122 nəfər cəlb edilib

14:45 12.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2020-ci il üzrə özünüməşğulluq proqramına artıq 1122 nəfər cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, proqrama cəlb olunanlar üçün 45 rayonda təlimlər keçirilir. Bir aylıq təlim müddətində iştirakçılara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.

Təlim başa çatandan sonra iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin və hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. Həmin qiymətləndirmədən uğurla keçənlər təqdim etdikləri biznes-plana uyğun mal və materiallarla təmin ediləcəklər.