Bu müəssisələrdə nöqsanlar AŞKARLANDI

16:44 14.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin AQTA) Bakı regional bölməsinin əməkdaşları tərəfindən bu ilin 9 ayı ərzində Bakı şəhərində keçirilən yoxlamalar zamanı 521 ictimai iaşə müəssisəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 23 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Həmin müəssisələrdən 11-i tam sağlamlaşdırılaraq, yəni qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 7-də müvafiq tədbirlər görülməkdədir, 5 sahibkar isə həmin obyektdə fəaliyyətini tamamilə dayandırıb.